Gündəlik qlobal neft hasilatı artıb - IEA

Gündəlik qlobal neft hasilatı artıb - IEA
# 19 yanvar 2022 14:11 (UTC +04:00)

Ötən ilin dekabr ayında gündəlik qlobal neft hasilatı noyabr ayı ilə müqayisədə 130 min barel artıb.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, dekabr ayında qlobal gündəlik neft hasilatı 98,6 mln. barelə çatıb.

Qeyd olunur ki, Ekvador, Liviya və Nigeriyada hasilatın azalmasına baxmayaraq, istehsalın artımı ABŞ, Səudiyyə Ərəbistanı, Norveç, Kanada və digər "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri hesabına kompensasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR