Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
# 16 sentyabr 2019 15:32 (UTC +04:00)

Azərbaycan 2006-cı ilin sentyabrından cari ilin avqustunadək Gürcüstana 3 647,58 mln kV-saat elektrik enerjisi ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunu (ESCO) hesabatında deyilir.

Sənədə əsasən, bu müddət ərzində Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 278,28 mln. kV-saat təşkil edib.

Təkcə 2019-cu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi 760 538 275,9 kV-saat olub. Bunun 119 169 693,5 kV-saatı avqust ayının payına düşüb. Avqust ayında Gürcüstan idxal elektrik enerjinin 100%-ni Azərbaycandan əldə edib.

Azərbaycan isə cari ilin yanvar-avqust ayları ərzində Gürcüstandan 9 331 600,4 kV-saat elektrik enerjisi idxal edib. Avqustda Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi 79 797,4 kV-saat olub.

Hesabatda qeyd olunub ki, cari ilin 8 ayı ərzində Azərbaycandan Türkiyəyə Gürcüstan ərazisi ilə ümumilikdə 61 362 403,7 kV-saat elektrik enerjisi ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR