IEA: Qaz qıtlığına görə gələn qış Avropa üçün daha çətin keçəcək

IEA: Qaz qıtlığına görə gələn qış Avropa üçün daha çətin keçəcək
# 27 dekabr 2022 09:27 (UTC +04:00)

Qaz anbarlarının 90% dolu olması səbəbindən Avropa ölkələri çox güman ki, bu qışı az risklə keçirəcək.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol hesab edir.

"Bu qış Avropa üçün risklər kifayət qədər azdır, çünki Avropanın qaz anbarları 90% doludur. Əgər gözlənilməz heç nə baş verməsə və qış soyuq və uzun sürməsə, Avropa onu keçirə biləcək. Lakin fevral-mart aylarında anbarlardakı ehtiyatlar 30%-dək enəcək və gələn qışa qədər onları 80-90%-ə çatdırmaq çox çətin olacaq. Avropa bu il hələ də Rusiya qazını alır, gələcəkdə çox güman ki, olmayacaq”, - Fatih Birol qeyd edib.

O, 2023-cü ildə maye qazın istehsalının azalacağını və onun əsas həcmlərinin Çin tərəfindən alınacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR