IEA Rusiya qazının Avropadan Asiyaya tam yönəldilməsinin vaxtını təxmin edib

IEA Rusiya qazının Avropadan Asiyaya tam yönəldilməsinin vaxtını təxmin edib
# 05 iyul 2022 16:16 (UTC +04:00)

Rusiya Federasiyasına Asiyaya qaz tədarükünü 2021-ci ildə Avropa İttifaqına 155 mlrd. kubmetrlik ixrac həcminə yaxın səviyyəyə çatdırmaq üçün ən azı on il lazım olacaq.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair rüblük hesabatında deyilir.

“Bizim təhlilimiz göstərir ki, ən yaxşı halda Rusiyaya Asiya bazarlarına qaz tədarükünü 2021-ci ildə Avropa İttifaqına ixracın həcminə (155 mlrd. kubmetr) yaxın səviyyəyə çatdırmaq üçün ən azı on il vaxt lazımdır”, - Agentlikdən qeyd edilib.

IEA-nın analitikləri izah edirlər ki, Rusiyanın Avropada onun qazından mərhələli şəkildə imtina olunması ilə əlaqədar Asiya bazarlarına boru kəmərləri qazının və mayeləşdirilmiş təbii qazın tədarükünü artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR