İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək
# 19 avqust 2022 15:30 (UTC +04:00)

Avqustun 25-də BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 25 000.000 manat həcmində adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 005.0555 manat qiyməti ilə satışa çıxarılacaq.

İKZF-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR