"Lukoil" Rusiyanın özəl şirkətlərinin reytinqinə liderlik edir

"Lukoil" Rusiyanın özəl şirkətlərinin reytinqinə liderlik edir
# 16 sentyabr 2019 11:15 (UTC +04:00)

“Lukoil” neft şirkəti “Forbes” jurnalı tərəfindən dərc edilən Rusiyanın ən iri özəl şirkətləri reytinqində yenidən birinci olub.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2018-ci ildə şirkətin gəlirləri 8,036 trln. rubl (təxminən 126 mlrd. ABŞ dolları) təşkil edib və şirkətdə qeydiyyatda olan işçilərin sayı 102 min nəfəri ötüb.

Məlumata əsasən, 1,867 trln. rubl (təxminən 29,3 mlrd. dollar) ilə reytinqin ikinci pilləsində "Surgutneftegas" qərarlaşıb. Özəl şirkətlər arasında reytinqin üçüncü yerinə “Pyaterochka”, “Perekrestok”, “Karusel” və “Perekrestok Express” pərakəndə satış şəbəkələrini idarə edən “X5 Retail” Qrupu layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR