Qarabağda ilk “Azpetrol” məntəqəsi açılacaq - FOTO

Qarabağda ilk “Azpetrol” məntəqəsi açılacaq  - FOTO
# 15 iyul 2022 12:50 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə “Azpetrol” brendi ilkin olaraq Suqovuşan ərazisində fəaliyyətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azpetrol”dan məlumat verilib. Bildirilib ki, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.

"Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44-günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər, şirkətin Strateji inkişaf planının yenidən baxılması və əhatə dairəsinin işğaldan azad olunmuş Qarabağ torpağında genişləndirilməsi məsələsini gündəmə gətirdi. Ümumiyyətlə, Qarabağda quraşdırılacaq yeni məntəqələr həm ənənəvi stasionar, həm də şirkətimiz üçün yenilik olan səyyar (mobil) məntəqələrdən ibarət olacaq" - deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda “Azpetrol” brendi altında Azərbaycanın əksər iqtisadi zonalarında 92 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR