Rusiyadan dost ölkələrə neft ixracı 76% artıb

Rusiyadan dost ölkələrə neft ixracı 76% artıb
# 08 iyun 2023 16:09 (UTC +04:00)

Rusiya 2022-ci ildə neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müxtəlif, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət qəbul edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Aleksandr Novak bildirib.

"Ötən il ərzində neft, neft məhsulları və LNG-nin tədarükü üçün müxtəlif ölkələrdən, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət daxil olub. Yəni ixracın coğrafiyasının genişləndirilməsi üçün əhəmiyyətli potensial var", - baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına görə, Rusiyadan dost ölkələrə neft ixracı 76%, neft məhsulları 20%, boru kəməri və maye qaz ixracı isə 8% artıb.

Aleksandr Novak onu da bildirib ki, 2021-ci illə müqayisədə ötən il Rusiyadan Hindistana neft tədarükü 19 dəfə artaraq 41 mln. tona, kömür isə 3 dəfə artaraq 20 mln. tona çatıb. Hindistana neft məhsullarının ixracı 2022-ci ildə 6,2 milyon ton (2021-ci ildə - 3,1 milyon ton) səviyyəsinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR