SOCAR AQS Türkiyədə “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ üzrə yeni müqavilə imzalayıb

SOCAR AQS Türkiyədə “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ üzrə yeni müqavilə imzalayıb
# 18 oktyabr 2019 08:39 (UTC +04:00)

"SOCAR Abşeron Qazma Şirkəti ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi imzalanması üçün China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. şirkəti ilə əməkdaşlıq etməyi yüksək qiymətləndirir”.

APA-nın Türkiyə bürosunun “SOCAR Türkiyə”yə istinadla verdiyi məlumata görə, bu fikirləri SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev İstanbulda ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ üzrə müqavilənin imzalanma mərasimində bildirib.

Ramin İsayev qeyd edib ki, rəhbərlik etdiyi müəssisə bütün potensial imkanlarını cəlb edərək biznes tərəfdaşları və maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihəni Türkiyə, sifarişçi şirkət və SOCAR AQŞ üçün müvəffəqiyyətlə yekunlaşdırmağı nəzərdə tutur.

İC İçtaş şirkətinin Baş direktoru Murat Mehmet Kurtuluş deyib ki, imzalama mərasimi iki şirkət və nəticə etibarı ilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir: “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək".

Qeyd edək ki, müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin təxmini dəyəri 100 milyon ABŞ dolları civarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR