"SOCAR Trading" Qazaxıstanın treydinq şirkətləri ilə neftin BTC ilə nəqlinə dair danışıqlar aparır

"SOCAR Trading" Qazaxıstanın treydinq şirkətləri ilə neftin BTC ilə nəqlinə dair danışıqlar aparır
# 09 oktyabr 2019 13:07 (UTC +04:00)

“SOCAR Trading” və Qazaxıstanın treydinq şirkətləri Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilməsinə dair danışıqlar aparır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, nəticələr artıq bu il əldə oluna bilər: "Neftin qiymətinin aşağı olması fonunda bu nəticələr hamıya lazımdır. Ölkələr öz resurslarını dünya bazarlarına çıxarmaq üçün daha effektiv yol axtarışındadır".

Nazir əlavə edib ki, hazırda Qazaxıstanın BTC üçün bir o qədər də böyük resursları yoxdur.

"Hasilat həcminin artırılması üç layihənin icrası ilə bağlıdır. Söhbət “Kaşaqan”, “Tengiz” və “Karaçıqanaq” yataqlarının işlənməsindən gedir ki, ölkə üzrə 70% hasilat məhz bu yataqların payına düşür. 2022-2023-cü illərdə “Tengiz”də hasilat kəskin – illik olaraq 12-13 mln. tonadək artacaq. Belə olan təqdirdə rəqabətli tariflər təklif etmək mümkün olacaq", - deyə K. Bozumbayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR