“Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə başlayıb 

“Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə başlayıb 
# 10 avqust 2022 17:43 (UTC +04:00)

Rusiyanın “Transneft” şirkəti "Drujba" neft kəmərləri sisteminin cənub qolu vasitəsilə Macarıstan və Slovakiya istiqamətində neft nəqlini bərpa edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Transneft” prezidentinin müşaviri İqor Demin bildirib.

Onun sözlərinə görə, nasoslar saat 16.00-da işə salınıb və hazırda onlar işlək vəziyyətdədir.

“Transneft” bundan əvvəl məlumat vermişdi ki, avqustun 4-də “Ukrtransnafta” Rusiya Federasiyasından “Drujba” neft kəməri sisteminin cənub qolu vasitəsilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlini dayandırıb, çünki Rusiya tərəfi Aİ sanksiyaları çərçivəsində tranzit üçün ödəniş edə bilmir. “Transneft” həmçinin bildirib ki, vəziyyət barədə bütün tərəfləri məlumatlandırıb və xidmətlər üçün alternativ ödəniş variantları üzərində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR