Ceyhan limanından indiyədək 3,24 mlrd. bareldən çox neft yola salınıb

Ceyhan limanından indiyədək 3,24 mlrd. bareldən çox neft yola salınıb
# 21 iyun 2019 15:15 (UTC +04:00)

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,24 mlrd. bareldən artıq neft yola salınıb.

APA-Economics”in BIL-a istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 227 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 114,79 mln. barel neft və 142 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin mayın 21-dən iyunun 21-dək terminalda 27 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR