Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini gündəmdən çıxarmayıb

Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini gündəmdən çıxarmayıb
# 01 noyabr 2022 13:22 (UTC +04:00)

Qazın Şərqi Avropaya nəqlinə imkan verə biləcək Transxəzər qaz kəmərinin tikintisi layihəsi Türkmənistanın gündəmində qalır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Abu-Dabidə keçirilən ADIPEC neft-qaz konfransında çıxışı zamanı baş nazirin müavini Şahım Abdrahmanov deyib.

"Transxəzər layihəsi bu günə gündəmdən çıxarılmayıb. Bu layihə Azərbaycan, Gürcüstandan keçərək daha sonra Şərqi Avropa ölkələrinə gedir", - Şahım Abdrahmanov qeyd edib.

O qeyd edib ki, bu gün Avropaya qaz nəqli məsələsi Türkmənistan üçün ən aktual məsələlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR