Vannia Gava: "TAP təxminən 8,8 mlrd. kubmetrlik Azərbaycan qazını özündə ehtiva edir"

Vannia Gava: "TAP təxminən 8,8 mlrd. kubmetrlik Azərbaycan qazını özündə ehtiva edir"
# 02 iyun 2022 11:07 (UTC +04:00)

Cənub Qaz Dəhlizinin rolu İtaliya üçün çox önəmli olub.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxış edərkən İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini Vannia Gava deyib.

Onun sözlərinə görə, təhlükəsizlik, qaz təchizatının diversifikasiyasına, qazın qiymətinin əlverişli olması, eləcə də inteqrasiya şəklində bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə daxil edilməsi mühüm rol oynayır.

"Trans-Adriatik boru kəməri (TAP) təxminən 8,8 mlrd. kubmetrlik Azərbaycan qazını özündə ehtiva edir. Bu il kəmərlə İtaliyaya təxminən 2 mlrd. kubmetrlik qaz idxal edilib",- deyə Vannia Gava qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR