Von der Leyen: Azərbaycan bizim üçün çox vacib enerji tərəfdaşıdır və həmişə etibarlı olub

Von der Leyen: Azərbaycan bizim üçün çox vacib enerji tərəfdaşıdır və həmişə etibarlı olub
# 18 iyul 2022 16:33 (UTC +04:00)

Avropa İttifaqını (Aİ) dəstəklədiyiniz üçün təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen Bakıda Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxışında deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi.

“Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənilir tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR