Von der Leyen: “Biz Avropa hidrogen bankını yaradacağıq”

Von der Leyen: “Biz Avropa hidrogen bankını yaradacağıq”
# 14 sentyabr 2022 15:11 (UTC +04:00)

Avropa Komissiyası (AK) Avropa İttifaqında hidrogen yanacağı bazarının yaradılması üçün 3 mlrd. avro ayıracaq.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu çərşənbə günü Avropa Parlamentində çıxışı zamanı AK rəhbəri Ursula von der Leyen deyib.

Onun sözlərinə görə, Aİ-nin hidrogen iqtisadiyyatı spesifik bazarından kütləvi bazara köçürülməlidir.

“Biz Avropa hidrogen bankını yaradacağıq və 3 mlrd. avro gələcək hidrogen bazarının yaradılmasına kömək edəcək", - Ursula fon der Leyen qeyd edib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Aİ-də enerji böhranının səbəbi karbohidrogenlərin qiymətinin artması deyil, onların istifadəsinin davam etdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR