Yunanıstan IGB kəmərini tikən konsorsiuma lisenziya verib

Yunanıstan IGB kəmərini tikən konsorsiuma lisenziya verib
# 22 iyul 2019 17:00 (UTC +04:00)

Yunanıstanın enerji tənzimləmə məsələləri üzrə orqanı Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisi ilə məşğul olan ICGB AD konsorsiumuna nəqletmə sisteminin müstəqil operatoru lisenziyasını verib.

APA-Economics”in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, lisenziya 50 il müddətinə verilib (2069-cı ilin iyun ayının 27-dək).

Məlumata əsasən, bu lisenziya şirkətə Yunanıstan ərazisində qaz kəmərinin və köməkçi qurğu və avadanlıqlarının tikintisinə başlamaq hüququq verir. Bu lisenziya sözügedən qaz kəmərinin tikintisini uğurla başlanmasına olan sonuncu bir addım idi.

IGB kəmərinin təməlqoyma mərasimi bu ilin may ayında keçirilib.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə).

Xatırladaq ki, bu ilin aprel ayının əvvəli Avropa Komissiyası IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında 182 km-lik birləşdirici qaz kəmərinin tikintisinə sərf ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR