«BakuTel» sərgi və konfransı «Netty 2011» müsabiqəsinə qoşulub

«BakuTel» sərgi və konfransı «Netty 2011» müsabiqəsinə qoşulub
# 15 aprel 2011 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə hər il Bakıda keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı («BakuTel») «Netty 2011» Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsinə qoşulub.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərginin rəhbəri Rəna Abutalıbova qeyd edib ki, «Netty 2011» sağlam rəqabət mühiti yaratmaqla, yerli internet resurslarının say artımını stimullaşdırır.
Qeyd edək ki, «BakuTel 2011» sərgi və konfransı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə noyabrın 23-26-da keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR