Bakıda növbəti "Hindistan günləri" sərgisi keçiriləcək

Bakıda növbəti "Hindistan günləri" sərgisi keçiriləcək
# 17 fevral 2022 15:19 (UTC +04:00)

Bu ilin mart ayında Bakıda "Hindistan günləri" sərgisi keçiriləcək.

Bunu "APA-Economics"ə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.

Onun sözlərinə görə, Bakı İdman Sarayında təşkil olunacaq sərgidə 70-dək şirkət öz məhsullarını nümayiş edəcək.

"Ənənəvi olaraq, hər altı aydan bir keçirilən bu sərgi pandemiya səbəbindən ötən il təxirə salınmışdır", - deyə V. Kumar əlavə edib.

Qeyd edək ki, sərgidə Hindistanın çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik məmulatları nümayiş olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR