Bu il iki ali məktəbdə akkreditasiya qiymətləndirilməsi keçirilib

Eldar Orucov

© APA | Eldar Orucov

# 23 dekabr 2021 11:27 (UTC +04:00)

“Bu il iki universitetdə - Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində akkreditasiya qiymətləndirilməsi keçirilib. Həmçinin bir ali təhsil müəssisəsi iki yeni ixtisasın açılması üçün müraciət edib”.

APA-nın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il ümumilikdə 15 ali təhsil müəssisəsində (ADPU-nun 5 filialı, ADU, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Odlar Yurdu Universiteti, BANM, Polis Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutu) Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqi aparılıb: "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəbdə monitorinq aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR