İşsizlikdən sığorta alanların əhatə dairəsi genişləndirilir

İşsizlikdən sığorta alanların əhatə dairəsi genişləndirilir
# 24 dekabr 2021 13:30 (UTC +04:00)

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq.

Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir.

Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR