Azərbaycanda istintaq təcridxanasına narkotik vasitə keçirməyə cəhd göstərən şəxs tutulub

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri keçirib. Penitensiar Xidmətin tabeliyində olan 1 saylı İstintaq Təcridxanasının əməliyyat aparatı tərəfindən əldə olunan məlumatlar əsasında müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
APA-nın məlumatına görə, iyunun 20-də Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında saxlanılan məhkum Ruslan Allahverdiyev İqoroviçin yanına gələn 1986-cı il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kənd sakini Çölü Əsgərovun gətirdiyi sovqatın içərisindəki qablaşdırılmış pendirdən ümumi çəkisi 3 qrama yaxın narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Fakt üzrə aşkar olunan narkotik vasitə və saxlanılan şəxs istintaq aidiyyəti üzrə Bakı şəhəri Səbayel rayon Polis İdarəsinə təhvil verilib.

Sosial

Sabahdan 11 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Nazir müavini: Söyüdlüdə yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir

Azərbaycan Qarabağın fiziki məhdudiyyətli erməni sakinləri üçün xüsusi tibbi maşınlar ayırmağa hazırdır