Bakıda yüksək patogenli quş qripinə hazırlıq üzrə Milli Simulyasiya Məşğələsi keçirilir

Bakıda yüksək patogenli quş qripinə hazırlıq üzrə Milli Simulyasiya Məşğələsi keçirilir
# 01 iyul 2008 08:51 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, iki gün davam edəcək tədbirin məqsədi heyvanlar və əhali arasında yüksək patogenli quş qripi baş verdiyi hallarda ölkənin xəstəliyə qarşı hazırlıq səviyyəsini və imkanlarını gücləndirməkdir. Nazirin sözlərinə görə, 2006-cı ildə Azərbaycanda “quş qrip”i xəstəliyi aşkarlanıb. Köçəri quşlar vasitəsilə bu xəstəlik ev quşlarına da yoluxub. Azərbaycanda xəstəliklə mübarizə məqsədi ilə dövlət komissiyası yaradılıb, aparılan tədbirlər nəticəsində xəstəliyin ocağı söndürülüb. Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə qeyd edib ki, Azərbaycanda “quş qripi”nə yoluxmuş 8 nəfərdən 5-i vəfat edib. Nazirlik nümayəndəsi bu xəstəliyin qarşısının alınmasında əlaqədar təşkilatların birgə iş görməsinin olduqca böyük səmərə verdiyini də xatırladıb. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Azərbaycanın “quş qripi” mübarizəyə istiqamətində apardığı işləri müsbət qiymətləndirib. Səfir ABŞ hökumətinin bundan sonra da Azərbaycanın bu sahə üzrə tədbirlərini dəstəkləməyə hazır olduğunu söyləyib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun nümayəndəsi Anna Paula Kautinho isə qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycana bu xəstəliyə qarşı mübarizə üzrə tədbirlər planının hazırlanmasında dəstək göstərib. Azərbaycanda belə tədbirlər keçirilməsini olduqca əhəmiyyətli sayan Anna Paula Kautinho qeyd edib ki, pandemiyanın harada baş verəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Buna görə də bütün ölkələr bu mübarizəyə hazır olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR