Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq

Lənkəran. Ağəddin Babayev-APA. Aprelin sonunadək Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq. Rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi İdris Hacıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Separadi kəndinə daxil olan Saloba məhəlləsinin sakinləri sonuncu dəfə mavi yanacaqdan 1992-ci ildə istifadə ediblər. 17 ildən sonra isə sözü gedən ərazidə təbii qazın verilişinin bərpasına başlanılıb. Bu məqsədlə 4 kilometrlik köhnə borular hazırda yeniləri ilə əvəz olunur. Yaşayış məntəqəsinə gedən daşıyıcı qaz kəməri istismara yararsız olduğundan yeni borularla əvəzlənir. Ayın sonunadək işlərin yekunlaşacağı və 100 ailənin qazla təmin ediləcəyi nəzərdə tutulub.
Baş mühəndisin sözlərinə görə, son illər Lənkəran və Liman şəhərləri daxil olmaqla rayonun Digah, Şilavar, Xarxatan, Şağlaser, və Vilvan kəndlərinə təbii qazın verilişi bərpa edilib. Bundan əlavə hələ 1970-ci illərdə şəhər mərkəzinə çəkilən və istismara yararsız olan 117 kilometrlik qaz xəttinin də bir hissəsi yenilənib.

Sosial

Azərbaycanda diabet xəstələrinin sayı açıqlanıb

Bakıda direktor müavini olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Bu il sosial sahə üzrə 346 minə yaxın e-arayış verilib