Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada səfərdə olub

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada səfərdə olub
# 20 iyul 2009 09:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyətinin Almaniyaya beş günlük səfəri başa çatıb. DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, fondun şöbə müdirləri və mütəxəssislərindən ibarət nümayəndə heyətinin səfəri zamanı Avropanın nüfuzlu pensiya orqanlarından biri - Almaniya Pensiya Sığortası İdarəsinin büdcəsinin tərkibi və icrasının uçotu, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar, aktual tədqiqatların təşkili sahəsindəki təcrübə kimi məsələlər müzakirə edilib. DSMF təmsilçiləri Almaniya Pensiya Sığortası İdarəsində nəzarətlə məşğul olan şöbənin fəaliyyəti ilə yaxından tanış olublar. Səfər zamanı Almaniya Pensiya Sığortası İdarəsinin bu sahədə əldə etdiyi müsbət təcrübəni Azərbaycanda tətbiq etmək üçün iki ölkənin pensiya fondları arasında müzakirələrin davam etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR