TQDK IV ixtisas qrupu abituriyentləri üçün xüsusi buraxılış dərc edib

TQDK IV ixtisas qrupu abituriyentləri üçün xüsusi buraxılış dərc edib
# 21 iyul 2009 09:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlanan vəsaitdə 2009-2010-cu tədris ili üçün ali məktəblərin IV ixtisas qrupunda təhsil formaları (ödənişsiz və ödənişli əsaslarla), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsi üçün tələbə qəbulu planı, müsabiqədə iştirak şərtləri, bu hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu müsabiqəsində iştirak üçün qoyulan tələblər (minimal test imtahanı balı) yer alıb.

Analoji vəsait II ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra da dərc edilərək abituriyentlərin istifadəsinə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR