Lənkəranın ucqar dağ kəndlərində yeni səhiyyə obyektlərinin açılışı olub

Lənkəranın ucqar dağ kəndlərində yeni səhiyyə obyektlərinin açılışı olub
# 22 iyul 2009 12:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyulun 22-də Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Gəgiran kəndində yeni həkim ambulatoriyasının, Diryan kəndində isə feldşer-mama məntəqəsinin açılışı olub. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Gəgiran ərazi vahidliyi üzrə nümayəndəsi İsmayıl Cəfərovun sözlərinə görə, Gəgiran kəndindəki həkim ambulatoriyası Heydər Əliyev Fondunun maliyyə dəstəyi, Diryan kənd feldşer-mama məntəqəsi isə rayonun daxili imkanları hesabına tikilib. Hər iki səhiyyə obyekti müasir tibbi avadanlıqlarla təchiz olunub. Açılış mərasimində Lənkəran ŞİH-in başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə və təşkilatların nümayəndələri, yerli sakinlər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR