İsrailin audiologiya sahəsini təmsil edən mütəxəssisləri Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana gələcəklər

İsrailin audiologiya sahəsini təmsil edən mütəxəssisləri Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana gələcəklər
# 18 avqust 2009 11:44 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyev Fondu, İsrailin Azərbaycandakı səfirliyi və İsrailin “Tsiondan göz” qeyri-hökumət təşkilatının dəstəyi ilə bu ölkənin audiologiya sahəsini təmsil edən mütəxəssisləri avqustun 16-dan 23-dək Azərbaycanda səfərdə olacaqlar. Heydər Əliyev Fondundan APA-ya daxil olan məlumata görə, səfər zamanı eşitmə qabiliyyəti zəif olan insanların müayinə olunması və onlara müasir eşitmə aparatlarının paylanması nəzərdə tutulur. Mütəxəssislər Bakı və digər bölgələrdən olan pasientləri müayinə edəcəklər.
İsrailli mütəxəssislər həmçinin yerli ekspertlərə peşəkar sessiyalar təqdim edəcəklər. Bu treninqlər zamanı iştirakçılar eşitmə reabilitasiyası və eşitməyə yardım aparatlarında innovasiya haqda ətraflı məlumat alacaq, müasir eşitmə aparatlarını qoşmaq və ondan istifadə etmək qaydaları haqda informasiya əldə edəcəklər. Səfər zamanı yardım olaraq 250 min ABŞ dolları dəyərində eşitmə aparatlarının paylanması nəzərədə tutulur.
Həmin günlərdə İsrailin milli yardım cəmiyyəti Maqen David Adorn təşkilatının təcili tibbi yardım ekspertləri isə Qızıl Aypara Cəmiyyətinin paramediklərinə 5 günlük treninq seminarlar keçirəcəklər. Nümayəndə heyətinin səfəri, eləcə də müalicə və treninqlər İsrail və Azərbaycan arasında inkişaf etməkdə olan əməkdaşlığa bir nümunə kimi dostluq münasibətlərinə söykənən ümumi hədəflərimizi – “biliklərin bölüşməsini” inkişaf etdirmək məqsədi daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR