Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindəki qanun pozuntuları ilə bağlı 325 akt və 84 protokol tərtib edilib

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindəki qanun pozuntuları ilə bağlı 325 akt və 84 protokol tərtib edilib
# 19 avqust 2009 06:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bu ilin yeddi ayı ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 325 akt və 84 protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tərtib olunmuş akt və protokollar üzrə 71 iş qanunsuz mal-qara otarılması, 5 iş qanunsuz ov, 245 iş meşə qanunvericiliyinin və 4 iş xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin pozulması ilə əlaqədar olub.

Ümumilikdə tərtib edilmiş akt və protokollar əsasında aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 54666 manat məbləğində ziyan və cərimə tətbiq edilmiş və bundan 40959 manatın ödənilməsi təmin edilib.

Tədbir görülməsi üçün 325 işdən 14 iş rayon məhkəməsinə, 7 iş hüquq mühafizə orqanlarına 26 iş isə müəyyən edilmiş ziyan və cərimənin ödənilməsi üçün müvafiq olaraq Məhkəmə Nəzarətçiləri qrupuna göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR