Sumqayıtın yolları əsaslı təmir olunur

Sumqayıtın yolları əsaslı təmir olunur
# 23 noyabr 2009 21:11 (UTC +04:00)
Sumqayıt – APA. Cari ilin son bir ayı ərzində Sumqayıt şəhərində qəsəbədaxili və məhəllədaxili yolların böyük hissəsinin asfalt örtüyü dəyişdirilib.

Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyindən APA-ya verilən məlumata görə, şəhərin Niyazi küçəsində və 17-ci mikrorayon ərazisində yollarda əsaslı təmir işləri həyata keçirilib. Hazırda isə şəhərin 2 və 16-ci mikrorayon ərazilərində işlər davam etdirilir.

Qeyd edək ki, ümumilikdə cari ilin son bir ayı ərzində şəhər ərazisində 15000 kv. m yeni asfalt örtüyü salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR