Astarada ikinci torpaq müsabiqəsi keçirilib

Astarada ikinci torpaq müsabiqəsi keçirilib
# 16 dekabr 2009 15:07 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada ikinci torpaq müsabiqəsi keçirilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, müsabiqə zamanı Astara şəhər Bələdiyyəsinə məxsus sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş 450 kvadratmetr torpaq sahəsi hərraca çıxarılıb.

Nəticədə həmin torpaq sahəsi 13 şəhər sakininə hər kvadrat metri 1manat 30 qəpik olmaqla 585 manata satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR