Azad Rəhimov: “Gənclik yaşının 35-dən 30 və ya 29-a endirilməsi Azərbaycanda gənclərin sayını azaldacaq”

Azad Rəhimov: “Gənclik yaşının 35-dən 30 və ya 29-a endirilməsi Azərbaycanda gənclərin sayını azaldacaq”
# 07 mart 2007 11:14 (UTC +04:00)
“Azərbaycanda gənclik yaşının 35-dən 30 və ya 29-a endirilməsi ölkədəki gənclərin sayını azaldacaq”. Bu sözləri APA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hələlik bununla bağlı nazirlik dəqiq hesablamalar aparılmasa da, ilkin proqnozlar yaş həddinin aşağı salınmasının gənclərin sayının azalmasına gətirib çıxaracağını göstərir: “Əgər hazırda əhalinin hər 100 nəfərindən 66-sı gənc hesab edilirsə, bu dəyişiklikdən sonra bu rəqəm 45-ə enə bilər”.
Azərbaycanda gənclərin yaş həddinin aşağı salınmasına ehtiyac olduğunu bildirən A.Rəhimov Avropa ölkələrində bu həddin 25-30 yaş olduğunu da söyləyib: “Avropa ölkələri arasında Azərbaycan yeganə ölkədir ki, gənclərin yaş həddi 35-ə qədərdir. Digər ölkələrdə 30-25 yaş həddində gənclik yaşı hesab edilir. Faktiki olaraq 16 yaşla 35 yaş arasında fərqlər böyükdür. Biz demək olar ki, o yaş həddində olan gənclərlə onsuz da işləmirik”. Bununla bağlı təkliflərini “Gənclər haqqında” qanuna daxil etdiklərini deyən nazirin sözlərinə görə, parlamentin müzakirəsindən asılı olaraq Azərbaycanda gənclik yaşı 30 və ya 29-a endirilə bilər. Nazir bu dəyişikliyin digər qanunvericilik aktlarında dəyişikliyin edilməsi zərurətini yaratmayacağına əmin olduğunu da bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR