Sabirabadda qəza vəziyyətində olan binada möhkəmləndirmə işləri aparılır

Sabirabadda qəza vəziyyətində olan 60 mənzilli binada möhkəmləndirmə işlərinə başlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Onun sözlərinə görə, H.Əliyev küçəsi-17-də yerləşən 60 mənzilli bina qəzalı vəziyyətdə olduğu üçün sakinlər oradan köçürülüblər. Hazırda “Azəraqrotikinti” ASC-nin 3 saylı “Aqrotikinti” filialı tərəfindən binada möhkəmləndirmə və bərpa işlərinə başlanılıb. /APA/
Sosial

Ordubad-Zəvvar yolu qardan təmizlənib - VİDEO

Emin Əmrullayev: Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür

Məleykə Abbaszadə: DİM məktəblər üçün yeni layihə hazırlayır
