18 oktyabr - Azərbaycanın Müstəqillik Günü iş günü olacaq

18 oktyabr - Azərbaycanın Müstəqillik Günü iş günü olacaq
# 16 oktyabr 2007 14:16 (UTC +04:00)
Azərbaycanda 18 oktyabr tarixi rəsmi olaraq iş günüdür. Nazirlər Kabinetindən “APA-Economics”ə verilən məlumata görə, Müstəqillik Günü kimi qeyd edilən bu tarix bu ildən qeyri-iş günü hesab edilməyəcək. Bundan əlavə, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahətlər - qeyri-iş günləri ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü olacaqlar. Qeyd edək ki, 18 oktyabr, 12 noyabr və 17 noyabr Milli Məclisin ötən ilin dekabrında Əmək Məcəlləsinə etdiyi əlavə və dəyişiklərdən sonra iş günü hesab edilir. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR