Xocasən bələdiyyəsinə yeni sədr seçilib

Xocasən bələdiyyəsinə yeni sədr seçilib
# 17 oktyabr 2007 13:37 (UTC +04:00)
Xocasən bələdiyyəsinin rəhbər strukturlarında dəyişiklik baş verib. Xocasən bələdiyyəsindən APA-ya verilən məlumata görə, bələdiyyənin yeni sədri vəzifəsinə Qəhrəman Əliyev seçilib. Qeyd edək ki, bir müddət əvvəl bələdiyyənin sabiq rəhbəri Ədalət Seyidov sədr vəzifəsindən uzaqlaşdırılıb. Xocasən bələdiyyəsi Binəqədi rayonunun inzibati ərazisində 2002-ci ilin noyabrında formalaşıb və 11 nəfər üzvü olub. Bu günədək üzvlərdən ikisi dünyasını dəyişib. Bu son iki il yarım ərzində Bakı bələdiyyələrində baş verən 16-cı sədr dəyişikliyidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR