Oktyabrın 20-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə test imtahanı keçiriləcək

Oktyabrın 20-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə test imtahanı keçiriləcək
# 18 oktyabr 2007 10:21 (UTC +04:00)
Oktyabrın 20-də Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müxtəlif dövlət orqanlarında 323 vakant yerin tutulması üzrə elan edilən müsabiqənin birinci mərhələsi olan test imtahanı keçiriləcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan Azərbaycan Texniki Universitetinin əsas və 5-ci korpuslarında, həmçinin Memarlıq və İnşaat Universitetində keçiriləcək. İmtahan saat 10-da başlanacaq. İmtahanda iştirak edəcək namizədlər “Namizədin vəsiqəsi”ni, “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı oktyabrın 19-dək Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan əldə etməlidirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR