AFAD nümayəndəsi Şuşada olub, seysmik stansiya quraşdırılacaq əraziyə baxıb

AFAD nümayəndəsi Şuşada olub, seysmik stansiya quraşdırılacaq əraziyə baxıb
# 09 fevral 2023 13:50 (UTC +04:00)

Fevralın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndələri ilə görüş keçirilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AFAD-ın nümayəndə heyətinin rəhbəri, professor Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, Derya Aksel, RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Görüşdə RSXM-lə AFAD-ın Zəlzələ Departamenti arasında ikitərəfli əməkdaşlıq məsələləri, birgə həyata keçiriləcək layihələr, Şuşada quraşdırılıcaq seysmik stansiya ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 8-də Şuşada quraşdırılacaq seysmik stansiya ilə bağlı seçilmiş əraziyə baxış keçirilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və AFAD-ın Zəlzələ Departamentinin nümayəndəsi Vedat Özsaraç Şuşada səfərdə olublar. Səfər zamanı türkiyəli mütəxəssis seysmik stansiya quraşdırılacaq ərazi ilə tanış olub.

Xatırladaq ki, Şuşa ətrafında seysmik stansiya quraşdırılması ilə bağlı işlərə artıq start verilib və həmin stansiyanın avadanlıqları qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR