Ağacları qanunsuz kəsən şəxslər barəsində akt tərtib edilib

Ağacları qanunsuz kəsən şəxslər barəsində akt tərtib edilib
# 02 avqust 2022 10:52 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR