Ağalı məktəbinə müəllimlər şagird sayına uyğun göndəriləcək

Ağalı məktəbinə müəllimlər şagird sayına uyğun göndəriləcək
# 27 iyul 2022 12:57 (UTC +04:00)

“Bu il çox ciddi iki hadisə gözləyirik”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, Ağalı kəndində olan məktəbdə zəng çalınacaq, müəllimlər tədrisə, uşaqlar təhsilə başlayacaq: “Bu bizi sevindirir. Oradakı məktəbin direktoru artıq təyin olunub. Müəllimlərin seçimi ilə bağlı köç prosesinin bitməsini gözləyirik. Nə qədər şagird olacaqsa, ona uyğun sayda müəllim ora göndəriləcək. İnanıram ki, azad edilmiş ərazilərdə olan məktəblər öz nümunəvi təhsili ilə fərqlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR