Agentlik: Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur - FOTO

Agentlik: Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur  - FOTO
# 16 sentyabr 2022 16:20 (UTC +04:00)

"Yaşıllıqların mühafizəsi və bərpası üçün qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı müraciət etmişik".

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, ekologiya haqda qanunlar problemlərin həlli istiqamətinə yönəlmiş olmalıdır:

"Biz təklif edirik ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və mühafizəsi ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilsin".

O həmçinin əlavə edib ki, əvvəllər ayrı-ayrı küçələrdə bulaqlar var idi və ağaclar da buradan sulanırdı:

“Hazırda müxtəlif səbəblərdən belə su mənbələrinin fəaliyyəti dayandırılıb. Nəticədə ağaclar quruyur. Bunun qarşısı alınmalıdır. Yaşıllıqların salınmasına real yanaşmaq lazımdır. Ərazi və burada mövcud olan problemlər nəzərə alınmalıdır.

Çünki bu ərazilər arid zonalardır. Yəni Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur. İşə nəzarət üçün da bu vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR