Alman şirkəti Rusiya qazının pulunu rublla ödəyəcək

Alman şirkəti Rusiya qazının pulunu rublla ödəyəcək
# 28 aprel 2022 06:55 (UTC +04:00)

Rusiya qazının ən böyük idxalçılarından olan alman şirkəti ödənişi rubulla etməyə razılaşıb.

APA xəbər verir ki, bu barədə “İnterfaks” “Rheinische Post” qəzetinə istinadən xəbər yayıb.

Almaniyanın “Uniper” enerji şirkəti ödənişləri Rusiya bankına köçürməyə qərar verib.

“Planımız ödənişlərimizi Rusiyadakı hesaba avro ilə etməkdir”,-deyə “Uniper” şirkətinin sözçüsü bildirib.

Qeyd edək ki, “Uniper” əvvələr də Rusiya qazının ödənişini avro ilə etməyi düşünürdü.

Şirkət həmçinin bəyan edib ki, onların atacağı addımlar Avropanın tətbiq etdiyi sanksiyalar çərçivəsində olmalıdır.

“Uniper” qeyd edib ki, Rusiyanın Polşa və Bolqarıstana qaz nəqlinin dayandırması Almaniyanı heç bir şəkildə narahat etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR