AMEA-nın statusunun yüksəldilməsi, Ali Elm Şurasının yaradılması təklif edilir

AMEA-nın statusunun yüksəldilməsi, Ali Elm Şurasının yaradılması təklif edilir
# 27 aprel 2022 12:24 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının statusu yüksəldilməlidir.

APA xəbər verir ki, bu sözləri AMEA vitse-prezidenti Dilqəm Tağıyev Ümumi yığıncaqda deyib.

O qeyd edib ki, dövlət başçısının tabeliyində Ali Elm Şurasının yaradılması məqsədəuyğundur.

Onun sözlərinə görə, bütövlükdə elmə münasibət dəyişməli, onun gəlir gətirməsi üçün ciddi sərmayə qoyulmalıdır.

Dilqəm Tağıyev deyib ki, gənc və perspektivli fəlsəfə dokorları üçün tədqiqat təqaüdləri proqramları yaradılmalıdır. Vitse-prezident onu da qeyd edib ki, gənc tədqiqatçıların sayının artırılması üçün yaşlı əməkdaşların pensiyaları artırılmalı və optimal yaş həddi tətbiq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR