Azərbaycan keçən il cinayətlərin 0,6 %-i insan alveri ilə bağlı olub

Azərbaycan keçən il cinayətlərin 0,6 %-i insan alveri ilə bağlı olub
# 28 aprel 2022 16:29 (UTC +04:00)

Keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olu ması sahəsində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 202 cinayət qeydə alınıb.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, onlardan 156-sı insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət olub.

Təhlillər göstərir ki, ölkəmizdə insan alveri cinayətləri (202) respublikamızda qeydə alınan ümumi cinayətlərin (31131) 0,6%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR