Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO

Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO
# 26 may 2022 17:42 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub.

APA xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı qeyd edib ki, ADNSU-nun iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adları verilib.

Rektor İkinci Qarabağ müharibəsində ADNSU-nun 23 tələbəsinin şəhid olduğunu xatırladıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, Türkiyə haqlı davasında Azərbaycanın yanında və arxasında olan ilk dövlət olub: “Bu dəstək bundan sonra da eyni şəkildə davam edəcək. Bu gün açılışı olan mərkəz “bir millət, iki dövlət” anlayışını daha da gücləndirmiş olacaq”.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank qeyd edib ki, İlhan Varank onun qardaşıdır: “Qardaşım öz həyatını türk gənclərinin yaxşı gələcəyi üçün qurban verdi”.

Nazir Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalının əhəmiyyətinə də toxunub və əlavə edib ki, festival gənc nəslə texnoloji sahədə olan yenilikləri öyrədəcək: “İki ölkə qardaşlığı bununla daha da güclənmiş olacaq. Bu kimi geniş tədbirlərlə türk dövlətlərinin gücünü bütün dünyaya göstərmiş oluruq. 15 iyul çevrilişində bizim yanımızda olduğunu bildirən ilk dövlət məhz Azərbaycan oldu. Biz də Türkiyə olaraq daim qardaş ölkənin yanındayıq”.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR