Azərbaycanda 75 valideyn cərimələnib

Azərbaycanda 75 valideyn cərimələnib
# 28 aprel 2022 16:37 (UTC +04:00)

Keçən il uşaq əməyinin istismarının qarşısının alınması üzrə reydlər davam etdirilərək ailə mühitindən, pedaqoji və ictimai təhsil vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR