Azərbaycanda ilk dəfə “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfrans keçiriləcək
# 14 yanvar 2023 10:56 (UTC +04:00)

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Türkiyədən gəlmiş Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru M.Elif Günçe Eskiköy, məhkəmə-tibb eksperti Uyum Vehit və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrup rəhbərinin müavini Eldar Səmədovla görüş keçirilib.

APA xəbər verir ki, görüşdə 22-24 may 2023-cü il tarixlərdə Bakı şəhərində “Məhkəmə arxeologiyası və antropologiyası” adlı I Beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Tərəflərin iştirakı ilə İşçi qrupun yaradılması barədə müzakirələr aparılıb və öhdəliklər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR