Azərbaycanda psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşir

Azərbaycanda psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşir
  • Clock-gray 13:15
  • calendar-gray 12 İyul 2019

Azərbaycanda psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 215-1-ci maddə (psixoloji yardım haqqında qanunvericiliyin pozulması) maddə əlavə edilir. Belə ki, psixoloji yardım almağa məcbur etməyə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.

Bundan əlavə, kliniki psixoloji yardım göstərilməsi zamanı klinik psixoloq tərəfindən dərman preparatlarının təyin edilməsinə, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs) məruz qoyan müalicə üsullarından istifadəsinə görə fiziki şəxslər 500 manatdan 700 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 1200 manatdan 2000 manatadək məbləğdə cərimələnəcək.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.  

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date