Babək rayonunda vətəndaşların müraciətləri dinlənilib

Babək rayonunda vətəndaşların müraciətləri dinlənilib
# 14 yanvar 2023 12:33 (UTC +04:00)

Yanvarın 11-dən etibarən ardıcıl olaraq üç gün ərzində Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Babək rayonunda və Nehrəm qəsəbəsində sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, görüşdə ümumilikdə 113 rayon sakininin müraciətinə baxılıb.

Yerində həll edilməsi mümkün olan müraciətlər təmin edilib. Belə ki, 5 nəfərin işlə təmin edilməsi, 9 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb. Bununla yanaşı, 3 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilməsi, 5 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədi ilə müvafiq sənədlərin Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub. Ümumilikdə 24 nəfərin müraciəti yerində təmin edilib. Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR