Bağçada videonu çəkən şəxsin qovulmasına dair iddialara aydınlıq gətirilib

Bağçada videonu çəkən şəxsin qovulmasına dair iddialara aydınlıq gətirilib
# 14 yanvar 2022 14:52 (UTC +04:00)

İsmayıllıda Aşağıbağ 1 saylı uşaq bağçasındakı görüntünü yayan şəxsin təhdid edildiyi barədə məlumat yayılıb. İddia edilib ki, şiddətə məruz qalan uşağın atası görüntünü ictimailəşdirən şəxsin təhsil aldığı kollecin direktor müavinidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat yalan və dezinformasiyadır.

“Tələbəni kimsə xoşu gəlmədiyinə görə qova bilməz”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, yayılan görüntünün bağçada iş stajında olan tələbə tərəfindən çəkdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR