Bakı məktəblərində 43 yeni psixoloq işə başlayacaq

Bakı məktəblərində 43 yeni psixoloq işə başlayacaq
# 09 fevral 2023 15:14 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub.

BŞTİ-dən APA-ya bildirilib ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 43 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.

Xatırladaq ki, psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində 82 namizəd iştirak edib. Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.

Qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR